Nazəninin oğlu efirə çıxmaq üçün qonorar istədi

Müğənni Nazənin Salayeva "Zaurla Günaydın" verilişində qonaq olub. 
"Sherg.az" xəbər verir ki, o, kiçik oğlundan danışıb:
"Zaur dedi ki, gələndə mütləq Orxanı da gətirin. Orxan qayıtdı ki, o mənə pul versin, sonra gedim. Söylədim ki, ayıbdır. Deyir, mənə pul versin. Dünyaca məşhur reper var. Söyləyir ki, o niyə yarım saata  200 min dollara proqrama gedir. O, mənə üç min manat verə bilmir?!  Özüdə deyir, karta yükləsin. Evdə bizimlə pul ilə danışır. Dinsizin öhdəsindən imansız gələr. Bizə bir qəpik də vermir. Yığdığı pulun miqdarını da demir. Atası ilə onun sirridir. Bank kartı var, ora yükləyir. Bəzən deyirəm ki, Orxan, bu uşaq xəstədir, ona 100 manat göndərərsən? Əvvəlcə yox deyir, sonra yükləyir".