Flora Kərimovaya ağır itki üz verib:"...Qanadım sındı"

Xalq artisti Flora Kərimovaya ağır itki üz verib. Onun qızı Zümrüd körpəsini itirb.
Sherg.az” xəbər verir ki, o bu barədə “Xəbər-Ətər” proqramında danışıb. Sənətkar göz yaşlarını saxlaya bilməyib:
“Doğrudan da xoşbəxt idim. O qədər xoşbəxtliyimi dilə gətirib, onunla öyündüm ki, nəvəmi itirdim. Gərək dinməyərdim , balam orada əziyyət çəkdi. Qızımın ailəsi gözəldir, qayınanası onu çox sevir.

Lakin qanadım sındı. Qızım mənimlə optimist  danışır, qayınanası isə deyir ki, o,  xısın-xısın ağlayır.  Bunu dedim, yəqin sevinənlər olacaq. Bir neçə aydan sonra deyecəklər ki, Allah qoysa, sabah nəvəniz gələcək.

Onu söyləməsinlər deyə açıqladım. Bu acını təkrar yaşamamaq üçün indi deyirəm. Nə olursa, olsun mən “Floruçka”nın yolunu gözləyirəm. Balaca uşaq  anasının ətəyindən tutub gəzir. İnanın, onun evdə elə gəzməyini hiss edirəm, bu xəstəlikdən sağala bilmirəm. O qədər sarsıldım ki...”

Qeyd edək ki, xalq artistinin qızı ikinci dəfə Britaniya vətandaşı olan Azərbaycan əsilli biznesmen ilə ailə həyatı qurub. F.Kərimova aylar öncə nəvəsinin dünyaya gələcəyini söyləyib. Hətta o, uşaq qız olsa, Flora adını verəcəklərini bildirib.