Yuyulmaq üçün gətirilən xalça sərvət çıxdı: 200 min dollara satıldı + FOTOLAR

Yuyulmaq üçün gətirilən xalça sərvət çıxdı.  
“Sherg.az"  “TRT haber”ə istinadən xəbər verir ki, xalça biznesi ilə məşğul olan Bülent Çakırhanın yumaq üçün gətirdiyi xalçanın sərvət olduğu üzə çıxıb.

 Xalça ustalarından Zareh Penyamin tərəfindən toxunan xalça “Ənənəvi Malatya Tanıtım Günləri”ndə sərgilənib. “Kumkapı” xalçalarının qabaqcıl ustası Z.Penyamin kimi əhəmiyyətli xalça ustalarının hazırladıqları nadir nümunələrdən yalnız 60 -ı günümüzə gəlib çatıb. Bu xalçalardan biri də 30 ildir xalçaçılıqla məşğul olan Bülent Çakırhan bəxtinə düşüb. Müştərinin 35 il əvvəl xaricdən aldığı xalça yuyulmaq üçün Çakırhana gətirilib. Xalçanı görəndə şoka düşdüyünü deyən B.Çakırhan dərhal onu almaq istəyib. Aldıqdan sonra görüləcək ilk iş onu əl ilə yumaq olub.Yuyulduqdan sonra xalçanın dəyəri daha da artıb.Çünki üzərindəki rəqəmlər və naxışlar aydın görünüb. Üzərində dörd beyt olan xalçanı xalçaçılıq ilə ən çox tanınan insanlardan biri Z.Penyamin toxuyub. 21-24 oktyabr 2021-ci il tarixləri arasında İstanbul, Yenikapıda təşkil edilən “Ənənəvi Malatya Tanıtım Günləri”ndə sərgilənəcək xalçanın təxminən 110 yaşı var. Digər tayı Topqapı Sarayında olan xalçanın bazar dəyəri təxminən 150 min dollardır. Belə xalçaları adətən muzeylərdə görə bilərik.

B.Çakırhan müştərisinin xalçanı ona gətirdiyini ifadə edərək bildirib :

 "Ümumiyyətlə, köhnə xalçaların yuyulması və təmiri ilə məşğul oluruq. Müştərimiz bu xalçanı bizə göndərdi. Xalçanı görəndə şok oldum, dərhal xalça sahibinə zəng etdim. Onu  yuduq və təklif etdik ki, bizə satsın. Razılıq verdi bizsə, aldıq.Qeyd edim ki, bu xalçanın qiyməti 150 min dollarla 200 min dollar arasındadır . Xalça “Kumkapı” ipək xalçasıdır. “Kumkapı” ipək xalçası ümumiyyətlə, 1800-1940-cı illər arasında hazırlanıb. Sultan Əbdülməcid xalçaları çox sevən bir olub. Osmanlı imperiyasından sonra Penyamin özü üçün xalçalar toxuyub bazara çıxarıb. Ümumilikdə toxuduğu 60 xalçanın olduğu deyilir.  Hər bir xalçada müxtəlif naxış və fiqurlardan istifadə olunub.  Bu xalça çox qiymətli və nadirdir.  Həyatımda bir daha beləsini görməyəcəyimə əminəm. Avropa hərraclarında onun qiyməti 150 min dollardan 200 min dollara qədərdir”.