Rusiya son beş ildə donuz əti istehsalını kəskin artırıb

Rusiyada donuz əti istehsalı son 5 ildə (2016-cı ildən 2020-ci ilə qədər) 39% və ya 1,5 mln. ton artıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, əsas artımı ötən il payı 88% olan sənaye sektoru təmin edir.

"Bununla belə, cari ilin I və II rüblərində ötən illə müqayisədə dinamika bir qədər azalıb, bu da istehsal xərclərinin, xüsusilə də bir sıra regionda yem xərclərinin artması, eləcə də epizootik vəziyyətlə bağlıdır", - məlumatda deyilir.

Buna baxmayaraq, göstərilən dövlət dəstəyi indiyə qədər vəziyyəti sabitləşdirməyə imkan verib. Yanvar-oktyabr aylarında kənd təsərrüfatı müəssisələrində kəsim üçün (diri çəkidə) donuz istehsalı 3,9 mln. ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 min ton çoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sektorda müsbət dinamika saxlanılacaq, ilin sonunadək donuzçuluq məhsullarının istehsalının həcmi 5,5 mln. ton (diri çəkidə) təşkil edəcək.