184 məktəb bağlanır




Puerto-Rikoda iqtisadi böhran səbəbindən 184 dövlət məktəbi bağlanacaq.

APA-nın "AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin təhsil departamentinin rəhbəri Yolanda Rosali bəyan edib.

Onun sözlərinə görə, mayın sonunadək təxminən 27 min şagird digər təhsil ocaqlarına köçürüləcək.
Puerto-Rikoda 1292 məktəb fəaliyyət göstərir, ümumilikdə məktəblərdə 365 min şagird təhsil alır.
Qeyd edək ki, ölkənin dövlət borcu 70 milyard dollar dəyərində qiymətləndirilir.