19 ildir plastik ləyəndə yaşayır - Fotolar

Rahma Haruna sağlam bir körpə olaraq dünyaya gəlib. Ancaq 6 ay sonra səbəbi bilinməyən bir şəkildə orqanları inkişafdan qalıb. O gün, bu gündür qolları, ayaqları və bədəni normal inkişaf etmir. Talehsiz gənc qız həyatını anası və qardaşlarının köməkliyi ilə davam etdirir. Bənzəri görünməmiş bir üsulla Rahma plastik bir ləyən içində daşınır. Yeməyini anası yedizdirir, duş və tualet ehtiyaclarını yenə anası qarşılayır. Ailə gənc qızın həyatını dopdolu keçirə bilməsi üçün əllərindən gələni edir. Ana qızını yaşıdlarına görə olduqca ağıllı və hər şeyə baxmayaraq xoşbəxt bir gənc qız olduğunu söyləyir. Rahma da "Ailəm mənə hər vaxt köməkçi olur. Ehtiyacım olan hər şeyi mənim üçün təmin edirlər" sözləriylə anasının söylədiklərini sanki təsdiqləyir. Rahmanın 10 yaşlı qardaşı Fahad isə "Ona köməkçi olmağımın bir çox yolu var. Onu hər gün çölə gəzməyə çıxarıram. İnsanların ona köməkçi olduğunu görüncə özümü xoşbəxt hiss edirəm. Qohumlarımızı ziyarətə getmək onu çox xoşbəxt edir. Mən də onu gəzdirməkdən xoşlanıram" deyir. Gənc qızın atası isə 19 ildir qızına müalicə tapa bilmək üçün məşğul olduğunu, xərcləri ödəmək üçün bir neçə işdə çalışdığını bildirir. Ata Hussaini bütün varlığını xərcləsə də, çox təəssüf ki, qızına bir çarə tapa bilməyib. Cəsur gənc qızın ən böyük xəyali isə bir gün öz ehtiyaclarını ödəmək üçün tək başına alver edə bilməkdir.