Avstraliya sakini sahildə sirli heyvanın cəsədini tapıb.
Görünür, məxluq sudan sahilə çıxıb, amma onun nə olduğunu heç kim bilmir.
Tapıntının müəllifi Aleks Tan səhər saatlarında çimərlikdə gəzən zaman qeyri-adi tapıntı ilə rastlaşıb.
Kişi nə gördüyünü anlamadığını deyib. O, telefonunu çıxarıb və qalıqları videoya çəkməyə başlayıb. Daha sonra Tan hadisə yerindən görüntüləri sosial şəbəkədə yayımlayıb.