Qoşqar Təhməzli “Kinder” yumurtalarında bakteriya aşkarlanmasına münasibət bildirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İtaliyanın “Ferrero” şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan “Kinder” yumurtaları və digər məhsullarında salmonella bakteriyası aşkarlanmasına münasibət bildirib.

“Report”un xəbərinə görə, Q.Təhməzli deyib ki, bu məhsullardan Azərbaycana da bəzi partiyalar gəlib:

“Onlar bizim tərəfimizdən ekspertiza olunub. Onların tərkibində salmonella bakteriyası aşkar edilməyib. Hazırda marketlərdəki məhsullar o kateqoriyaya aid deyil”.

O əlavə edib ki, ümumiyyətlə, dünyada “Kinder” məhsullarının yığışdırılması ilə bağlı hər-hansı bir məhdudiyyət yoxdur.