Rusiyanın xalq artisti Filipp Kirkorov ölkə mediasına öz gəlir mənbələrindən məhrum olduğunu açıqlayıb.
Onun fikrincə, burada günah qazanclarına böyük zərbə vuran beynəlxalq vəziyyətdədir.
“İndi biz üç-dörd dəfə çox işləməliyik. Mən həmişə ən çətin yolu seçmişəm. Çünki çətin yolda heç bir rəqib yoxdur”, - deyə Kirkorov bildirib.
Müğənni qeyd edib ki, əlavə gəlir qazanmaq üçün əvvəllər planlaşdırmadığı bir neçə şouya çıxıb. Sənətçi əlavə edib ki, maddi durumu ağır olsa da, təslim olmaq fikrində deyil.
Mənbə: moslenta.ru