Dünyanın ən yaşlı iti rekord qırdı

Tobi Keith düz 21 il 66 gündür ki, ömür sürür

Tobi Keith adlı it Ginnessin  Rekordlar Kitabında dünyanın hazırda yaşayan ən yaşlı iti olaraq qeydə alınıb. Bu it 21 il 66 gündür ki, ömür sürür. Köpək 2001-ci il fevralın 9-da doğulub, 16 martda qeydiyyata alınıb. Bu barədə “NTV.com.tr” məlumat verir. Məlumatda qeyd olunur ki, itin sahibi Gisela Shore “Ginness”ə göndərdiyi bildirişdə “insanlar, yaşına görə bu qədər yaxşı görünməsinə inana bilmir”, yazır. Sahibi bu iti heyvan sığınacağından əldə edib. 

Chihuahua cinsindən olan it ahıl yaşda olan cütlüyə mənsubmuş. “Yaşlı adamlar artıq onu bəsləyə bilməyəcəklərini dedi, mən də onu evə gətirdim, bəsləməyə başladım”, söyləyən G.Shore it 20 mildən artıq ömür sürüncə onun dünyanın ən yaşlı iti olub-olmadığıyla maraqlandıqlarını deyib. 

Chihuahua cinsi itlər orta hesabla 12-18 il yaşayır. Bu itsə 20 ili arxada qoyub. Sahibi “Ginness”ə müraciət edib və məlum olub ki, həqiqətən də bu it dünyanın ən yaşlı itidir. 

Sahibi itin bu qədər uzun ömür sürməsini həm genetik xüsusiyyətləri, həm də yaxşı qidalanması və evdə, ailə üzvlərinin sevgisini görməsiylə izah edir. Tobi Keith gününü gəzinti ilə başlayır, sonra ən sevdiyi yeməyi – bir parça hind toyuğu əti yeyir. 

Bundan əvvəlsə Avstraliyada 29 il 5 ay yaşamış çoban iti dünyanın ən yaşlı heyvanı olaraq qeydə alınıb.