"WhatsApp"da yeni funksiya fəaliyyətə başlayır

"WhatsApp" istifadəçilərə statuslara birbaşa söhbət siyahısında baxmaq imkanı verəcək.

24News.ge xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Beləliklə, kontaktlardan biri status dərc edərsə, onu həm "Status" bölməsində, həm də birbaşa söhbət siyahısında və ya kontaktı axtararkən görmək olar. İstifadəçi kontaktın profil şəklinə daxil olarkən, onun statusu açılacaq.

Söhbət siyahısından statuslara baxmaq Android və iOS-da messencer yeniləmələrində mümkün olacaq. Funksiya hələ ki işlək deyil.