2 kilo yağ oğurlayarkən ələ keçdi - BAKIDA




Bakıda daha bir yağ oğurluğu hadisəsi baş verib. 

Lent.az xəbər verir ki, dünən səhər saatlarında Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Ağayev Şamil Aydın oğlu Bayıl qəsəbəsindəki "Favorit” marketdən 34 manat dəyərində 2 kiloqram yağ oğurlayarkən mühafizəçilər tərəfindən tutulub. Market rəhbərliyi yağ oğurlamağa çalışan müştərini polisə təhvil verib.
Araşdırma aparılır.