"2019-cu ildə münaqişənin həllinə dair irəliləyiş gözləyə bilərik" - Deputat
12:21 04.01.2019
Arxiv
623
"Prezidentin Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlər fundamental əsaslara söykənir”.
Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
Deputat bildirib ki, dövlət başçısının 2018-ci ilin sonuna qədər bu istiqamətdə apardığı siyasətin çox mühüm nəticələri var:
"Xüsusən, ötən ildə əldə etdiyimiz uğurlar daha ürəkaçandır. Ermənistanda olan daxili qeyri-stabillik, siyasi gərginlik, klanlar arası düşmənçilik, iqtisadi böhran, miqrasiyanın gündən-günə artması, İrəvan-Moskva arasındakı qarşıdurma ötən il ərzində pik həddə çatıb. Paralel olaraq Azərbaycan öz gücünə güc qatıb, ordusunu və iqtisadiyyatını möhkəmləndirib. Bakı Rusiya və digər MDB dövlətləri ilə olan münasibətlərini ən yüksək səviyyəyə çatdırıb. Bunlar hamısı deməyə əsas verir ki, 2019-cu ildə Dağlıq Qarabağ probleminin həllində irəliləyiş gözləyə bilərik. Əlbəttə, burada başqa məqamlar da var. Məsələn, Rusiya, Türkiyə və İranın Azərbaycanla ikili və üçlü münasibətləri hərtərəfli inkişaf etməkdədir. Enerji təminatı məsələsində Azərbaycan söz sahibidir. O cümlədən Xəzər dənizi ilə bağlı hüququ statusun qəbul olunması və s. məqamlar Azərbaycanın mühüm uğurlarıdır. Bu uğurların hamısı bizi böyük qələbəyə yaxınlaşdırır. Cənab Prezidentimiz də məhz bunu bəyan edir. Ümid edirik ki, bu il ərzində bizi sevindirən hadisələr olacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə çıxışında Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Dövlət başçısı bəyan edib ki, münaqişənin həlli işində Azərbaycan prinsipial mövqeyində qalır: "Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır”. Prezident münaqişənin həlli üçün yeni vəziyyətin yarandığını vurğulayıb: "Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol