Türkan Şoray şəhərin kənarına köçüb - FOTO

Ünlü türk aktrisası Türkan Şoray İstanbulun Etiler səmtindəki evini sataraq şəhərin kənarına köçüb.
Türkiyə mediası  xəbər verir ki, 71 yaşlı aktrisa şəhərin səs-küyündən bezdiyini və ona görə də sakit bir yerdə yaşamaq niyyətində olduğunu söyləyib.
T.Şorayın yeni evinin dekorasiyasını qızı Yağmur Ünal verib. Aktrisa evini qızının zövqünə görə hazırlanmasını arzulayıb.
Qeyd edək ki, T.Şoray yeni evində Şahan Gökbakar və Engin Altan Düzyatanla qonşu olub.