Ərdoğan çıxışa başladı, kürdlər və Dəniz Baykal salonu tərk etdilər






Prezident Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə Böyük Millət Məclisində olub.
Axar.az xəbər verir ki, prezident TBMM-də çıxışa başlayarkən AKP, CHP və MHP millət vəkilləri ayağa qalxıb.
3 partiyanın dövlət başçısına hörmət əlaməti olaraq ayağa qalxmasına baxmayaraq, kürd HDP-çi deputatlar ayağa qalxmayıb.
Digər tərəfdən prezident çıxış edən zaman bəzi HDP-çi millət vəkilləri salonu tərk edib. Onlar arasında CHP-nın keçmiş sədri, Antalyadan seçilən millət vəkili Dəniz Baykal da olub.