Bakıda 78 yaşlı kişinin protez dişi boğazında qaldı, öldü





Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, oktyabrın 1-də Sabunçu rayonunun Zabrat qəsəbə sakini, 78 yaşlı Səfiyar Kərimov protez dişinin boğazında qalması nəticəsində ölüb. Araşdırma aparılır.