İlham Əliyev tək jurnalistlərin deyil, bütün azərbaycanlıların dostudur

Aynur Camalqızı: “Heç bir ölkədə dövlət rəhbəri jurnalistlərə ev vermir”
Elçin Mirzəbəyli: “Əgər jurnalistlər fərqli qərar qəbul etsəydilər, o zaman təəccüblü olardı”

NatiqMəmmədli: "Azərbaycanprezidentininbütündövrlərdəkifəaliyyətiəsasverirki,onujurnalistlərindostuelanetsinlər




"RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi "Jurnalistlərin dostu” mükafatı laureatının kimliyini müəyyənləşdirmək üçün keçirdiyi sorğunu yekunlaşdırıb. Sorğu qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirilib. Ümumilikdə 100 respondent media qurumunu əhatə edən sorğuda bir sual ünvanlanıb: - Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz? Sorğu anketinə üç şəxsin adını yazmaq imkanı olub.

Sorğuda iştirak edənlərin böyük əksəriyyətinin fikrincə, jurnalistlərin dostu ölkə prezidenti İlham Əliyevdir. Dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib. Qeyd edək ki, "Jurnalistlərin dostu” mükafatının təsis edilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır.

Baş redaktorlar "Jurnalistlərin dostu” mükafatının prezident cənab İ.Əliyevə verilməsini çox yüksək qiymətləndiriblər.

"Gündəlik Teleqraf” qəzetinin baş redaktoru və "Publika.az” saytının rəhbəri Aynur Camalqızı deyib ki, cənab İ.Əliyev "Jurnalistlərin dostu” adlandırılmağa tamamilə layiq şəxsdir: "Jurnalistlər heç vaxt, heç kimdən görmədikləri diqqəti, həssas münasibəti və qayğını məhz İ.Əliyevdən görüblər. Təbii ki, bu barədə saatlarla danışmaq olar, yüzlərlə misal gətirmək olar. Jurnalistlərə verilən şəxsi adlar və müxtəlif mükafatlar, mətbuatımızın maddi-texniki bazasının yüksəlməsi, Mətbuat Şurasının yaradılması, teleradio şurasının yaradılması, KİVDF-nin yaradılması və s. bunların hamısı alınan qərarın nə dərəcədə düzgün olduğunu isbatlayır. Amma mən düşünürəm ki, İ.Əliyevin jurnalistlərlə dost olduğunu sübut edən ən başlıca məsələlərdən, məqamlardan biri imkansız jurnalistlər üçün çoxmərtəbəli yaşayış binasının tikilməsidir. Bilirsiz ki, bu yaxınlarda həmin bina cənab prezidentin iştirakı ilə jurnalistlərə təqdim edildi və elə oradaca prosesin davamlı olduğu qeyd olunaraq, ölkə başçısının əmri ilə jurnalistlər üçün ikinci binanın təməli atıldı. Bu fakt yüksək qiymətləndirilməlidir, çünki dünyada analoqu olmayan məsələdir. Heç bir ölkədə dövlət rəhbəri jurnalistlərə ev vermir. İ.Əliyev yeganə prezidentdir ki, bunu etdi və jurnalistlərin dostu olduğunu əyani olaraq sübuta yetirdi”. Baş redaktor qeyd edir ki, Azərbaycan prezidenti ali vətəndaş olmaqla yanaşı, həm də sadə vətəndaş olaraq öz ölkəsinin insanlarının yanında olmağı bacarır: "Jurnalist Nicat Dağların xaricə göndərilərək müalicə edilməsi, iki yaşlı İmran Cəfərovun əməliyyat və müalicə xərclərinin ödənilməsi, Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin vətənə gətirilməsi, Ramil Səfərovun ölkəmizə gətirilərək azad edilməsi və s. yüzlərlə belə faktlar göstərir ki, İ.Əliyev tək jurnalistlərin deyil, bütün azərbaycanlıların dostudur”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru və "BayMedia” informasiya agentliyinin rəhbəri Elçin Mirzəbəyli də birmənalı şəkildə prezident İ.Əliyevi "Jurnalistlərin dostu” seçənlərin mövqeyini bölüşür: "Hesab edirəm, jurnalistlər tərəfindən qəbul olunan qərar tamamilə obyektivdir və mövcud reallığı əks etdirir. Azərbaycanda mətbuatın inkişafına verilən dəstək göz önündədir. Xüsusilə də, KİV-in inkişafı ilə bağlı konsepsiyanın qəbulundan sonra mətbuatın inkişafında kifayət qədər ciddi addımlar atılıb. Dövlət başçısı hər zaman medianın yanında olub və mətbuatın inkişafında özünün maraqlı olduğunu atdığı bütün addımlarla sübuta yetirib. Əgər jurnalistlər fərqli qərar qəbul etsəydilər, o zaman təəccüblü olardı. Ancaq indiki şəraitdə bu seçim tamamilə obyektiv və alternativi olmayan bir dəyərləndirmədir”.

"Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli də vurğulayır ki, Azərbaycan prezidentinin bütün dövrlərdəki fəaliyyəti əsas verir ki, onu jurnalistlərin dostu elan etsinlər: "Təkcə, 2010-13-cü illərin sorğuları deyil, ümumiyyətlə, prezidentlik dövründəki bütün fəaliyyəti ilə cənab İ.Əliyev həqiqətən jurnalistlərin dostu olduğunu sübut edib. Media sahəsindəki müsbət dəyişikliklərin baş verməsi, MŞ-nin yaradılması, qəzetlərə maddi dəstək verilməsi, jurnalistlər üçün yeni mənzillər tikilərək onlara paylanılması və s. bütün bu məsələlər prezidentimizin "Jurnalistlərin dostu” mükafatına layiq görülməsinin olduqca düzgün qərar olduğunu təsdiqləyir. Bir daha qeyd edirəm, ki, İ.Əliyev təkikillik sorğunun nəticələrinə görə deyil, ümumi anlamda və bütün dövrlərdə jurnalistlərin daimi dostudur”.