Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ingiltərəli parlamentar Robert Valterin rəhbərlik etdiyi 32 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 7-dən 10-na qədər Azərbaycanda səfərdə olacaq.
APA-nın xəbərinə görə, səfər ərzində AŞPA müşahidə missiyası MSK sədri, prezidentliyə namizədlər, siyasi partiyaların təmsilçiləri, QHT və mətbuat nümayəndələri ilə görüşlər keçirəcək. Oktyabrın 10-da AŞPA missiyası Avropa strukturlarının digər müşahidə missiyaları ilə birlikdə mətbuat konfransı keçirərək ilkin rəyini açıqlayacaq.