Qəşəm Nəcəfzadə: " Kəramət AYB-dən uzaqlaşdırılanda dedim ki,düz ediblər"
Son zamanlar Azərbaycan Yazıçılar Birliyinə(AYB) üzv olan gənclərin sayında artım müşahidə olunur. Mütəmadi olaraq həmin gənclərin əsksəriyyəti feysbuk sosial şəbəkəsində bu quruma üzvlük vəziqələrinin fotolarını paylaşırlar.Şübhəsiz ki, məlum artım ədəbi mühitdə birmənalı qarşılanmayıb.
Məsələn, yazıçı Mirmehdi Ağaoğlu bu hala etiraz olaraq "Vəsiqə ilə şair olmaq olarmı?”başlıqlı tənqidi ruhda yazı yazıb.
Yazıda qeyd edib ki, üzvlük vəsiqələrinin şəkillərini o qədər bəh-bəhlə paylaşırlar elə bil mason lojasına üzv olublar:” Elə bilirlər ki, adlarının qabağına AYB üzvü yazanda şeirlərinin bədii siqləti artacaq, istedadlı olacaqla”.
AYB yeni üzv olmuş gənc şair Məhəmməd Turan isə M.Ağaoğlunun fikirlərinə sərt reaksiya verib və o, bildirib ki, AYB-ə təzəlikcə üzv olanlara qarşı qərəzli mövqe ilə yanaşanlar var:
"San ki, Birliyə istedadlı insanların qəbul olması onları qıcıqlandırır. Yaxın günlərdə təzə gənclər üzv olub. Mirmehdi Ağaoğlu durub Kulis.az saytında yazı yazıb..Olmaz belə...İnsanları həvəsdən salmaq cəhdiniz çox iyrəncdir ki, bu cəhdi alındıra bilmirsiniz. Özünüz də bilirsiniz ki, o Birliyin sizdən de istedadlı üzvləri olub..Siz üzvlükdən imtina etmisiniz deyə bu qədər Azərbaycan gəncliyi sizing cərgənizəmi qoşulmalı?
Ziddiyyəti dəyərləndirən yazıçı, publicist Kəramət Böyükçöl Sherg.az-a açıqlamasında qeyd edib ki, hər bir gənc şair və yazıçının AYB dövrü olmalıdır. Çünki ədəbiyyata təzə gələn adam naşı olur:
" Hadisələri bilmir, anlamır və gedib, AYB -ə üzv olur. Amma istedadı, iç dünyası varsa, yavaş-yavaş oradakı reallıqları görür. Düşünür ki, AYB də ona yer yoxdu və bura onun üçün dardır. Üzv olmaq olmaq məsələsi sadə bir prosesdir. Mən də istəyirəm ki, gənclər AYB -ə üzv olsunlar və oradan prezident təqaüdü alsınlar. Buna pis baxmıram. Amm istəyirəm ki, üzv olan gənclər müti bir vəziyyətdə qalmasınlar. AYB-nin diktə etdiyi amillər onların xarakterinə , mahiyyətinə təsir göstərməsin. Ona görə ki, bu qurum dövlətə bağlı olduğu üçün orada azadlıqdan , rahatlıq və sərbəstlikdən söhbət belə gedə bilməz. O gənclər ora gedib, vəziyyəti görməlidir. Durumu öyrəndikdən sonra içi, istedadı varsa, onu ya AYB-dən qovacaqlar, ya da özü imtina edəcək. Belə düşünürəm. Amma ilkin vəziyytədə getməlidr də. Çünki orada az da olsa, pul var. Gedib, 5 manat pul almalıdır. Çox yaxşı olardı ki, həmin uşaqlar ora məhz pula görə üzv olsunlar. Pula görə, üzv olublarsa, yaxşı ediblər. Amma yox "Mən AYB- nin üzvüyəm, bura məni yazıçı edəcək” fikri ilə üzv olublarsa, yanılırlar”.
"AYB- də liberal mühit yoxdursa, nə əcəb atanız Qəşəm Nəcəfzadə uzun illərdir, həmin qurumda təmsil olunur?” sualına gəlincə, K.Böyükçöl deyib ki, Q. Nəcəfzadə indiki zəmanədə azadlıq axtarmağın "Don Kixot”luq olduğunu bilir: "
Ola bilər ki, Qəşəmin dünya görüşü, təfəkkürü, hissləri bir az korşalıb. Hadisələrə emosiyası itib. Ona heç nə təsir etmir. Qəşəmin heç nə vecinə deyil. O, öyrəşib. Bu mənada prosesləri bu qulağından alıb, o biri qulağından o yana buraxır. Vecinə deyil. Amma gənc adamlar o məsələlərə dözə bilmir axı. Deyim ki, bu yanaşmam yalnız Qəşəmə deyil, AYB-ki yaşlı insanların hamısına aiddir. Elçin Hüseybəyli, Qulu Ağsəs və başqaları da elədir. Orada nə qədər adam var, hamısı elədir. Onlar düşünürlər ki, oturmuşuq da, guya AYB-dən çıxıb inqilab zad etməyəcəyik ki. Onlar bu cür düşünürlər. İçində azadlıq eşqi, üsyankarlıq hissi daşımaq və haqsızlqlarla razılaşmamaq daha çox gəncliyə xas xüsusiyətdir”.
AYB-nin şöbə müdiri Q.Nəcəfzadə isə AYB-ə üzvlərin artmasını müsbət hadisə kimi qiymətləndirib və bunun vacib amil olduğunu söyləyib: "
Mirmehdi Ağaoğlunun da, gənc şair Məhəmməd Turanın da yazdıqlarını oxumuşam. Mirhmehdiyə sayğım böyükdür, yaxşı yazardır, amma onun fikirləri ilə qətiyyən razı deyiləm. Çünki "AYB-ə üzv olan gənclərin sayı çoxalır” ifadəsi düzgün deyil. 90-cı ilin öz gəncliyi vardı. 2000, 2010 və 2017-ci illərin də öz gəncliyi var. Yeni üzvlər kiminsə yerinə gəlməyiblər. Hər kəs öz ilində, ayında və 10 illiyində gəlir. İndi Qəşəm Nəcəfzadə durub desin ki, gənclər çox gəlir. Bu düzgün ifadə deyil. 2030-cu ilin də öz gəncliyi olacaq. Hər 10 illiyin öz gəncliyi var. İstedadlı gənclərimiz az deyil. Onlar da AYB-ə üzv olurlar. Həmin gənclərin şeirləri ilə məşğul olan komissiya fəaliyyət göstərir. Komissiya baxır və qərar verir . Onlar da üzv olduqdan sonra vəsiqələrinin şəklini feysbukda paylaşırlar. Bu gəncləri təbrik edirəm. Onların içərisində istedadlı gənclər çoxdur.AYB-ə üzvlük təbii prosesdir. Bu, doğru -düzgün işdir. AYB üzv olanların hər birini təbrik edirəm. İstedadlarına inanıram. Onların tutduğu mövqe çox doğrudur. Deyim ki, elə gənclər olur ki, üzvlüyə qəbul olunmayıb, geri qaytarılırlar. Mirmehdinin bundan xəbəri yoxdur, axı. Geri qaytarılanlarla bağlı heç nə yazılmır deyə, Mirmehdi elə düşünür ki, kim gəldi AYB- ə üzv seçirlər”.
N. Qəşəmzadə onu da əlavə edib ki, "AYB-də liberal mühit yoxdur” iddiası kökündən yanlışdır: "
Bu qurumda indiyə qədər kimin azadlığı əlindən alınıb? Heç kəsin. Belə şey yoxdur. AYB azad təşkilatdır. Onun üzvləri də azaddır. Nə yazırsan get, yaz, kim sənə nə deyir? Amma bütün təşkilatların oldğu kimi AYB-nin də nizamnaməsi var. Məsələn, oğlum Kəramət Böyükçöl AYB-dən uzaqlaşdırılıb. AYB- nin nizamnaməsi var. Ona uyğun hərəkət etməyənlər çıxarılır. Bütün təşkilatların nizamnaməsi var. Hər şey nizamnaməyə görə qurulur. Kəramət uzaqlaşdırılanda mən də dedim ki, nizamnaməyə uyğun davranmayıb, ona görə də, Kəraməti çıxarmaqda düz ediblər. Bunu mən də təsdiqlədim ki, düz ediblər. Təşkilatın nizamnaməsindən kənara çıxmaq olmaz”.
Ayyət Əhməd