Nazir - "Sosial bərabərlik müəyyən edilməlidir"





"Vergilər sahəsində islahatları nəzərdə tutan qanun layihəsinin mahiyyət və fəlsəfəsinə fikir vermək lazımdır"

Sherg.az bildirir ki, bunu parlamentin iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olunarkən, vergilər naziri Fazil Məmmədov deyib. 

Nazir söyləyib ki, dəyişikliklər, şəffaflığın artırılması, nağd hesablaşmaların həcminin azaldılması, elektron ticarətin vergiyə cəlb edilməsi, transfer qiymətqoyma, uçot siyasətinin təkmilləşdirilməsi və şəffaflaşdırılması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi qanunvericiliyinə əməl edən intizamlı vergi ödəyicilərinə münasibətdə vergi orqanları tərəfindən göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması kimi mühüm məsələləri əhatə edir.

Bu dəyişiklik sosial bərabərliyin, ədalətin təmin edilməsi məqsədi daşıyır. Bəlkə də avtonəqliyyat vasitələri daha az gətiriləcək və büdcəyə daxilolma azalacaq. Amma sosial bərabərlik müəyyən edilməlidir. İstirahət üçün olan yaxtalar və digər məsələlər bütün bunlar hamısı əlavə vergiyə cəlb olunmalıdır. Digər sosial təbəqə üçün, aztəminatlı təbəqə üçün lazım olan məsələlər isə daha çox vergidən azad olma və sadələşdirilmiş vergi yükü ilə təmin edilməlidir. Xahiş edirəm, ümumi paketin fəlsəfəsinə diqqət yetirək. Bu günə qədər ticarət obyektlərində bütün dövriyyə vergiyə cəlb olunurdu. İndiki qanunvericilik onu azad edir. İndiki dəyişiklik məhsul hansı qiymətə alınıbsa, bu məbləği ƏDV-dən çıxırlar üstünə qoyulan gəlirdən ƏDV tutulmasından gedir. Sosial təbəqə və pərakəndə ticarət üçün bundan böyük və yaxşı şərait ola bilərmi?!".

Anar