Rusiya aviasiyası İŞİD-ə məxsus obyektləri bombalayıb




Rusiya ərazisindən havaya qalxan "TU-22m3” tipli bombardmançı təyyarələr İŞİD terror qruplaşmasına məxsus obyektlərə zərbələr endiriblər.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat Suriyanın Deyr-ez-Zor əyalətində keçirilib.

Məlumata görə, hədəflərə endirilən dəqiq zərbələr nəticəsində qruplaşmaya ciddi ziyan dəyib.