“11 terror aktının qarşısı alınıb”



"Bu il İranın cənub-şərqində törədilməsi planlaşdırılan 11 müxtəlif terror aktının qarşısı alınıb”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Əli Cəfəri deyib. SEPAH komandanı həmçinin deyib ki, ABŞ-ın hazırda İranı hərbi müdaxilə ilə təhdid edəcək cəsarəti yoxdur: "Çünki İran çox böyük gücə çevrilib və rahat bir şəkildə dünyanın maddi güclərinin qarşısında dayanmaqdadır”.