ABŞ hərbi gəmisi Qara dəniz akvatoriyasına daxil olub





ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus "Porter” gəmisi Qara dəniz akvatoriyasına daxil olub. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ HDQ-nın altıncı donanmasının mətbuat xidmətindən bildirib.

Məlumata görə, gəmi "Dəniz qalxanı-2017” beynəlxalq təlimlərdə iştirak etmək üçün Qara dənizə daxil olub.

Təlimlərin əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin yaxşılaşmasına xidmət edəcəyi bildirilir.
Təlimlərdə Rumıniya, Bolqarıstan, Yunanıstan, Türkiyə, ABŞ, Kanada, İspaniya və Ukraynadan 2800-dək hərbçi iştirak edəcək