İŞİD-ə pul göndərən azərbaycanlıya hökm oxundu




Moskva Hərbi Məhkəməsi azərbaycanlı Nurlan Hacıyev barəsində hökm çıxarıb. 

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Hacıyev terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur.
Məhkəmə sübut edib ki, Hacıyev "VKontakte” saytında İŞİD üzvləri ilə əlaqəyə girərək onlara maliyyə yardımı edirmiş.

Məhkəmənin qərarıyla Nurlan Hacıyev 5 il müddətinə azadlıqdan məhrum edilib.