Fransa prezidenti Sarkisyanı Parisə çağırdı




Fransa prezidenti Fransua Olland ermənistanlı həmkarı Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Axar.az bildirir ki, bu barədə Fransa prezidenti bildirib. Onun sözlərinə görə, Fransa-Ermənistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı S.Sarkisyanı Parisə dəvət edib.

8 marta nəzərdə tutulmuş səfər çərçivəsində əsas müzakirə mövzusundan biri də Qarabağ münaqişəsi olacaq.

"Bu münaqişənin həlli üçün sülh yollarını tapmaq əhəmiyyətlidir", - Olland deyib.

O, həmçinin söz verib ki, Fransa həmişə bu ölkədəki erməni icmasını dəstəkləyəcək.