Maşın piyadanı vuraraq öldürdü - Tovuzda




Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, insident Quşçu kəndində qeydə alınıb.

Kənd sakini Paşayev Orxan "VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən 1964-cü il təvəllüdlü Namazov Eyvazı vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma davam etdirilir.