3 uşağının anasını küçənin ortasında 3 güllə ilə öldürdü

Türkiyənin Ərzurum şəhərində Özgür P., bir ildir ayrı yaşadığı, 2-si qız olmaqla 3 uşağının anası Səhər P.ı, küçənin ortasında danışmaq bəhanəsiylə dayandırdıqdan sonra tapançayla 3 güllə sıxaraq öldürdü. Hadisə yerindən qaçan Özgür P., qısa müddətdə polis tərəfindən tutularaq, nəzarətə alınıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə, bu gün saat 12.30 radələrində Ərzurumun mərkəzi Palantökən qəsəbəsində yaşanıb. Özgür P. (39) ilə Səhər P. (28), aralarındakı münaqişə səbəbiylə keçən il ayrı yaşamağa başlayıb. Səhər saatlarında danışmaq üçün arvadının yaşadığı mənzilə gələn Özgür P.ya qapını açan 9 yaşlı oğulu anasının evdə olmadığını söyləyib.
Bundan sonra Özgür P., küçədə saxladığı avtomobilinin içində gözləməyə başlayır. Ədliyyədən dönən Səhər P.ı görüncə maşından enib onun önünü kəsən Özgür P., danışmaq istədiyini söyləyir. Mənfi cavab alan kimi belindən tapançasını çıxarıb arvadına ard-arda 3 güllə açır. Silah səsini eşidənlər Səhər P.nı yerdə qanlar içərisində görürlər, Özgür P. avtomobilinə minib qaçır.
Çağırılan təcili yardımla xəstəxanaya  çatdırılan Səhər P., bütün müdaxilələrə baxmayaraq həyatını itirir. 
Hərəkətə keçən polis qrupları isə qaçan ərin avtomobilini bir tibb ocağının qarşısında tərk edilmiş halda tapır. Araşdırmalarını davam etdirən polis, Özgürü P.ı, hadisədən təxminən 2 saat sonra, başqa avtomobildə tutur. Nəzarətə alınan Özgürün təhlükəsizlik idarəsində sorğusu davam edir.
Turan