30-dan çox arı iynəsi çıxarıldı, amma..

Arıların hücumuna məruz qalan kəndli və iti öldü



Bursanın İnegöl qəsəbəsində arıların sancdığı 78 yaşlı Xəlil Cibə və yanındakı iti həyatını itirdi.

Xəlil Cibə, keçən şənbə günü evinin baxçasındakı şanların qapaqlarını açaraq nəzarət etmək istədi. Elə bu zaman arılar ona və yanındakı itinə hücum etdilər. Hadisədən halı pisləşən Cibə, telefonla ailəsini axtarıb kömək istədi. Cibə, yaxınlarının xəbərindən sonra hadisə yerinə gələn 112 Təcili Xidmət qrupların tərəfindən xəstəxanaya çatdırıldı. İti də can verən Xəlil Cibənin baş və boyun hissəsindən 30-dan çox arı iynəsi çıxarıldı. Müalicə altına alınan Cibə, həkimlərin səyinə baxmayaraq dünən səhər həyatını itirdi.