Rusiyada iki azərbaycanlı öldürülüb

Bir neçə maskalı adam Murmanskdakı tərəvəz anbarına zorla girib və anbarın sahibi, onun qohumu, mühafizəçini güllələyib

Kriminal Rusiyanın Murmansk şəhərində Xibinski küçəsində silahlı atışma qeydə alınıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, insident nəticəsində iki Azərbaycan vətəndaşı ölüb, biri isə ağır yaralanıb. Hadisə yerinə gəlmiş polis iki nəfərin cəsədini aşkarlayıb. Daha bir nəfər isə ağır güllə yarası alıb və tibbi məntəqəyə çatdırılıb.
İlkin məlumatlara görə, bir neçə maskalı adam tərəvəz anbarına zorla girib və anbarın sahibi Həbib Səfi oğlu Kərimovu, onun qohumu Sədi Sahban oğlu Əzizovu və mühafizəçi Nəriman Əli oğlu Axundovu yaylım atəşinə tutublar. Atışma nəticəsində anbarın sahibi yaralanıb. Onun qohumu və mühafizəçi Nəriman Axundov isə qarın, baş və ürək nahiyəsinə tuş gəlmiş güllə yarası ilə ölüb.
Hal-hazırda vilayət mərkəzinin daxili işlərinin orqanlarının şəxsi heyəti araşdırmalara başlayıb. Şəhərdə "Vulkan-4" planı adı altında şübhələnilənlərin axtarışını aparılır.
Artıq Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi açılıb. Faktla bağlı ərazi üzrə geniş araşdırma aparılır.