Gürcüstanın rəhbərləri ABŞ-a dəvət edildi





"ABŞ Gürcüstanın yeni liderlərinin səfərlərini gözləyir”. Musavat.com-un gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlamanı bu gün Tiflisdə keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi müavininin Avrasiya və Avropa məsələləri üzrə köməkçisi xanım Viktoriya Nuland deyib.
"Yeni liderlərin səfərlərini gözləyirik. Konkret detallara və tarixə gəlincə, bu barədə Qaribaşvili ilə (yeni baş nazir – red.) naharda söhbət edəcəyəm”, - deyə diplomat bildirib .