Sergey Markov: Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - RƏY
12:24 13.01.2025
Siyasət
330
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür.
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın Siyasi Tədqiqatlar İnstitutun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.
Onun sözlərinə görə, Putinlə Tramp arasında görüşün keçirilməsi üçün bir neçə lokasiya var: “Bunlar ilk növbədə İstanbul, Dubay və Bakı şəhərləridir. Bu məkanlar həm də kommunikasiya cəhətdən rahatdır, ona görə ki, neytral ölkələrin şəhərləridir, həm də bu şəhərlərdə liderlərin, hər şeydən əvvəl Rusiya Prezidentinin təhlükəsizliyi təmin oluna bilər. Qərb xüsusi xidmət orqanları Putini demonlaşdırıb, ona qarşı müxtəlif terrorçu təşkilatlar tərəfindən sui-qəsdlər hazırlanır. Bu səbəbdən də Putin uzaq məsafələrə uça bilmir. Çünki onun təhlükəsizliyinə təhdid var. Bakı isə çox yaxın və təhlükəsizdir. Eləcə də Bakı dəfələrlə ABŞ və Rusiya Baş Qərargah rəislərinin danışıqlarına ev sahibliyi edib. Ona görə də bu nöqteyi-nəzərdən Rusiya və ABŞ-nin xüsusi xidmətləri Azərbaycanın xüsusi xidmətləri ilə Moskva və Vaşinqtondan olan vəzifəli şəxslərin təhlükəsizliyinin təmin olunmasında çox yaxşı kommunikasiya həyata keçirirlər”.
Rusiyalı ekspert Putin-Tramp görüşünün yazda baş tutacağını gözlədiyini vurğulayıb:. “Lakin bu görüşün nəticələrindən gözləntilərim çox fərqlidir. Çoxları gözləyir ki, bu görüşdən sonra Ukraynada hərbi əməliyyatlar dayanacaq. Lakin mən belə düşünmürəm. Fikrimcə, hələ bu mümkün olmayacaq. Çünki hərbi əməliyyatların dayandırılmasına bir çox maneə var. Lakin Putin-Tramp görüşündə Rusiya və ABŞ üçün, həm də bütün dünya üçün olduqca vacib olan qərarlar qəbul oluna bilər. Amerika xalqının Trampdan başlıca tələbi Ukraynadakı müharibəni dayandırmaq deyil, Rusiya ilə nüvə müharibəsinə sürüklənməni dayandırmaqdır. Bayden administrasiyası ABŞ-ni Rusiya ilə nüvə müharibəsinə sürükləyirdi. Amerika xalqının Trampı prezident seçməsinin səbəblərindən biri məhz budur. Rusiya tərəfi də hər zaman dünyada vəziyyətin Moskva ilə Vaşinqton arasında birbaşa münaqişəyə sürüklənməsindən danışır. Ona görə də Putin-Tramp görüşündə qəbul olunacaq ən vacib qərarın nüvə müharibəsinin baş verməməsi üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşma olacağını düşünürəm. Qəbul olunacaq ikinci mühüm qərar da Ukraynada hərbi əməliyyatların dayandırıması olmayacaq. Çünki bu, Rusiyanın mövqeyinə görə, sülhlə bağlı ciddi fundamental qərarı olmadan mümkün deyil. Moskva qorxur ki, bu, Ukraynanın Rusiyaya qarşı yenidən silahlandırılması üçün fasilə ola bilər. Mümkündür ki, hərbi əməliyyatların aparılmasında humanitar məhdudlaşdırılmalarla bağlı hansısa sistem yaradılsın. Misal üçün, Rusiya və Ukrayna tərəfi enerji strukturlarına, o cümlədən su və atom elektrik stansiyalarına zərbələr endirməyəcəkləri ilə bağlı öz üzərlərinə öhdəlik götürəcəklər. Bu addım münaqişənin humanitar böhranını kifayət qədər azalda bilər. Bu isə özlüyündə Ukrayna böhranının gələcək həllində müsbət tendensiyanın yaranmasına gətirib çıxaracaq”.
Markovun proqnozuna görə, Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına yazda deyil, bu ilin payız aylarında nail olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual