Davudoğlu Azərbaycan-Ermənistan danışıqlarından danışdı

“Ermənistan izolasiyadan çıxmaq istəyirsə, Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərmək məcburiyyətindədir"




 
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu "Habertürk" televiziya kanalına verdiyi müsahibəsində Azərbaycan - Ermənistan danışıqlarına toxunub. 
"Ermənistan ilə ən mükəmməl əlaqələr qursaq belə, Cənubi Qafqazda sülh təmin edilməmişsə, hər an bu əlaqələr pozula bilər",- deyə Davudoğlu vurğulayıb.
Daha sonra o bildirib: "Biz belə bir izolyasiya istəmirik. Ermənistan bu izolyasiyadan çıxmaq istəyirsə, Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərmək məcburiyyətindədir".
Xatırladaq ki, Əhməd Davudoğlu dekabrın 12-də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri sammitində iştirak etmək üçün İrəvana səfər edəcək.