Natavan Həbibidən : "Danışsam pis olacaq. Sataşma mənə. Əlimdə fotolar, faktlar var"





"Neçə illərdir bu insan mənim ətrafımda oyunlar qurur. Məndən nə istədiyini bilmirəm”.
 Bu sözləri müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovanın ünvanına deyib.
N.Həbibi "ATV maqazin” verilişinə müsahibəsində həmkarına ismarıc göndərərək, deyib: "Biz Vaqif Gərayzadənin qrupunda olanda onun mənlə münasibəti yaxşı idi. Hətta qızlar arasında ən çox mənimlə yaxın olurdu. Sonradan nə baş verdi, niyə küsdü bilmirəm. Burdan ona demək istəyirəm ki, mənim ağzımı açdırma, danışsam pis olacaq. Sataşma mənə. Əlimdə fotolar, faktlar var. Onların üzə çıxması onun üçün böyük zərbə ola bilər”.