Arda Turanın həyatında yeni bir qadın var

Sinəm Kobal isə inanmaq istəmir


Arda Turanın jurnalistlərə göndərdiyi qısa şərh belədir;
"Qiymətli mətbuat mənsubu dostlarım,
Bu gün haqqımda bəzi mətbu orqanlarda çıxan, maqazin xəbərləri gerçəyi əks etdirməməkdədir.
Üç gündə bir müsabiqələrə çıxıb ölkəsini təmsil edən bir milli idmançı olaraq, mətbuat mənsublarından lazım olan anlayışı və diqqəti göstərmələrini xahiş edərəm"
Habertürk qəzetinin yazarı Əsin Övet, Sinəm Kobal ilə Arda Turanın nişan tədarüklərindən vaz kecdiklərini iddia etmişdi. Cütlüklərin evlilikdən imtina etdiyi, hətta Turanın həyatında yeni bir qadın olduğunu irəli sürən Övet, o adamın İdil Firat olduğunu irəli sürdü. O,  yazır:
"Günlərdir hər kəs Sinəm Kobalın yeni saç modelini danışır. Və Arda Turan ilə artıq evlənməyəcəklərini də. Bəli, artıq mən də "Bu mövzuyla əlaqədar bir şey yazmayım" -deyirəm, amma olmur.
Hətta bunların səhv olduğunu söyləmək istəyirəm, amma söyləyə bilmirəm. Arda Turanın İdil Firatla birlikdə olduğunu  mənə güvəndiklərim söyləyir. Hətta  İspaniya tətillərini, tarixlərini belə verirlər. Buyurun baxaq. Birlikdə toyu ayırd edək. Necə çıxacağıq işin içindən, nələr olacaq bilməyirəm? Mən hamısını keçdim, Sinəm Kobalın duruşunu, rəftarını təqdir edirəm. Bütün bunlara, yaşanan hər şeyə qulaqlarını bağlayır kimi edir. Üstəlik çıxan bu xəbərlər üçün "Yox belə bir şey" deyərək əlindən tutub buraxmadığı bir nişanlısı var'