Kiyevdə inqilab havası yaşanır

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili isə baş verənlərə görə Rusiyanı günahlandırdı


 


 Ukrayna paytaxtına səfər etmiş Avropa Parlamentinin nümayəndələri Kiyevdə dinc etiraçılara qarşı zor tətbiqini pisləyib. Onlar hökuməti aksiyalarla bağlı salxanılmış bütün məhbusları azadlığa buraxmağa çağırıblar.
Hazırda yüz minlərlə ukraynalı Maydana gələrək etiraz edir. Kiyevin demək olar ki, meydan istiqamətində gedən bütün yolları bağlanıb. Etirazçılar xüsusi təyinatlıların Maydan ərazisinə girə bilməmələri üçün müxtəlif istiqamtlərdə müdafiə səddləri düzəldiblər. Aksiya iştirakçıları qarşısında çıxış edən Udar Partiyasının lideri Vitali Kliçko nümayişçiləri inqilaba səslədi. Etirazçılar arasında da inqilabın tez bir zamanda baş verəcəyinə inanlar çoxdur.
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili də etirazçıların qarşısına çıxaraq dəstəyini nümayiş etdirdi. Gürcüstanın keçmiş prezidenti çıxışdan öncə keçirdiyi brifinqdə baş verənlərdə Rusiyanı günahlandırdı.(ans)
Hələlik nümayişçilərlə polis arasında heç bir insident yaşanmayıb. Ümumiyyətlə, xüsusi təyinatlılar etirazçıların sıxlığını nəzərə alaraq hazırda dövlət əhəmiyyətli binaların qorunmasını gücləndirib. Həmin istiqamətlərə mediyanın daxil olması belə qadağan edilib.

Moskva və Kiyev arasında Ukraynaya satılan Rusiya qazının qiymətinin aşağı salınmasına və yaxud da Ukraynanın Gömrük İttifaqına qoşulmasına dair razılaşma əldə olunmayıb. "Röyters” Agentliyinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. Peskovun sözlərinə görə, Vladimir Putin və Viktor Yanukoviç cümə günü Soçidə görüşüb və enerji sahəsində əməkdaşlığa dair müzakirələr aparıblar, lakin hələ yekun razılaşma əldə olunmayıb.