Hər gün televizora altı saat baxan adamların ömrü 5 il azalır

Ən çox televizora baxan ölkə Bolqarıstan, ikinci yerdə Böyük Britaniya, üçüncü yerdə isə İrlandiyadır


 İngiltərənin "Daily Mail” internet portalının məlumatına əsasən, Bolqarıstan əhalisinin 43 faizi hər gün televizor qabağında orta hesabla üç saat vaxt keçirir. Bu rəqəm Avropada televizordan asılı adamların ən çox məhz Bolqarıstanda olduğunu sübut edir.
Araşdırma "European Social Survey” təşkilatı tərəfindən Avropanın 30 ölkəsində aparılmışdır. Bolqarıstandan sonra ikinci yerdə Böyük Britaniya, üçüncü yerdə isə İrlandiyadır. Avropada televizordan asılı olan adamların orta sayı 21 faizə bərabərdir.
Alimlərin son araşdırmasına görə, hər gün televizora altı saat baxan adamların ömrü 5 il azalır.