Dəm qazı daha 4 can aldı

Ölənlər arasında ər-arvad da var


Dəm qazı daha 4 nəfərin həyatına son qoyub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayon sakini, 20 yaşlı Əvəz Məmmədov yaşadığı evdə dəm qazından boğularaq ölüb.Dekabrın 7-də isə Suraxanı rayon sakinləri Pərviz Rüstəmov və həyat yoldaşı Raisa Yamanqulova yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.Faktla bağlı araşdırma aparılır. Sumqayıt şəhər sakini Şaban Lətifov da yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.