"Dövlət Qulluğuna qəbul üzrə qanunlara dəyişiklik etmək lazımdır"




"Dövlət Qulluğuna qəbul üzrə qanunlara dəyişiklik etmək lazımdır”.

Bunu Sherg.az-a təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, dövlət qulluğuna qəbul zamanı heç bir təhsil fərqi bölünməməlidir:

"Kimin savadı, biliyi və bacarığı varsa, getsin, müsahibə mərhələsindən də keçsin, işləsin. Bu gün müəyyən böyük şirkətlər var ki, peşə məktəbi bitirən şəxsləri istəmirlər.

Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlər peşə məktəblərinə sifariş verməlidirlər ki, 6 aydan sonra tutalım, bina tikirik, rekonstruktur, qapı-pəncərə ustası göndərin. Bunlar qarşılıqlı şəkildə həll edilməlidir.

Finlandiyada və Cənubi Koreyada dövlət iri şirkətlər qarşısında məsələ qoyur ki, sizin işçilərinizin 30 faizi mütləq şəkildə peşə məktəblərinin məzunu olmalıdırlar. Bu gün Azərbaycanda iri şirkətlər tərəfindən tikilən binaların işçiləri heç biri kadrlar deyil, oradan-buradan tutub, gətirdiyi qeyri-peşəkarlardır. 

Buna görə ölkəmizdə tikintidə problemlər ortaya çıxır. Bu sahə üzrə mütəxəssislərə sifariş verilməlidir. Bununla peşə məktəblərinə tələbat artacaq və oranı bitirən şəxslərdən keyfiyyətli nəticələr gözləmək də mümkün olacaq”.

Ayyət Əhməd