Makron telefonda Ərdoğandan nə TƏLƏB ETDİ ? - "Lemonde" yazır



Bu gün Fransanın yeni prezidenti Emmanüel Makronla türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoöan arasında telefon danışığı baş tutub.
 
Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, danışıq zamanı hər iki lider bu ilin may ayınının 8-dən etibarən Türkiyədə saxlanılan fransız fotojurnalist Matia Depardon haqqında müzakirələr aparılıb. 

Məlumata görə, E.Makron türkiyəli həmkarından M.Depardonun mümkün qədər tez bir zamanda Fransaya qaytarılmasını xahiş edib. 

Qeyd edək ki, Türkiyədə PKK-nın fəaliyyətini sosial şəbəkələrdə təbliğ etməkdə ittiham olunan fransalı jurnalist Matia Depardon saxlanılıb. "National Geographic” dərgisinin tapşırığı ilə Batman əyalətinin Hasankeyf rayonuna çəkilişə yollanan Depardon tərcüməçisi ilə birlikdə yerli polis əməkdaşları tərəfindən saxlanılıb. Dindirildikdən sonra jurnalist məhkəmə qarşısına çıxarılıb. Məhkəmə Matias Depardonun ölkədən deportasiya olunmasına dair qərar qəbul edib. Hazırda onun Qaziantep əyalətinin Miqrasiya İdarəsində saxlanıldığı bildirilir. Depardonun vəkilləri məhkəmə qərarının ləğv olunmasına dair iddia qaldırıblar.

Ayyət Əhməd