Nazirlikdən Natiq Əliyevin səhhəti ilə bağlı AÇIQLAMA




Energetika naziri Natiq Əliyevin səhhətində problem yaranıb.
Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva APA-ya açıqlamasında bildirib ki, N. Əliyevin ürəyində problemlər yaranıb və Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.
Hazırda nazir həkimlərin nəzarətindədir.
xxxx
10:47
Azərbaycanın energetika naziri Natiq Əliyev xəstəxanaya yerləşdirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.