Rusiya prezidenti Vladimir Putin Fransaya səfəri zamanı bu ölkə prezidentinə maraqlı təklif verib.
Sherg.az "Lemonde.fr"ə məxsus "Lavie.fr"ə istinadən bildirir ki, təklifdə V.Putin XI əsrə aid, qədim slavyan dil ailəsinə məxsus bulqar dilində yazılmış mətn olan və eyni zamanda "Müqəddəs Mətn"adlanan "l'Évangéliaire de Reims" kitabının yenidən elmi nəşrinə diqqət çəkib.

Rusiya lideri qeyd edib ki, bu qədim nəşr iki cildən ibarətdir. Birincisi, heç bir dəyişiklik olmayıb əlyazma şəkilindədir və heç bir əlavə və dəyişiklik olmayıb. Ancaq ikinci hissədə rus dilində şərhlər verilib.
Qeyd edək ki, bəzi alimlər "l'Évangéliaire de Reims"i yanlış tarix adlandırır. Bu müqəddəs kitabda Fransa şahlarının həyatından da bəhs olunub.
Yada salaq ki, V.Putin bu ilin may ayının 29-da Fransaya səfə edib və səfər çərçivəsində bu ölkə prezidenti Emmanüel Makronla görüşüb.