Xaricdə azərbaycançılıq ideyasının təbliği gücləndirilməlidir

Zəlimxan Məmmədli: “Diaspora siyasəti o qədər mükəmməl olmalıdır ki, yüz, min il bundan sonrakı Azərbaycan vətəndaşı da bundan bəhrələnsin”

(əvvəli ötən sayımızda)

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə bildirib ki, müstəqil Azərbaycan dövləti xalqımız üçün unikal şansdır: "Əvvəllər dövlətimiz yox idi. Deyirdik ki, xaricə çıxışımız məhduddur. İndi dövlət var. Beynəlxalq subyektlərin üzvüdür. Müxtəlif beynəlxalq qurumlarda təmsil olunur. Amma dövlət mexanizmləri o qədər mükəmməl olmalıdır ki, dünya azərbaycanlıları ondan bəhrələnsinlər. Diaspora təşkilatları milli strateji hədəflərin üzərində köklənməlidir. Strateji hədəflər aydın olmalıdır. Nəyi necə istəyirik, məlum olmalıdır. Milli

inkişaf konsepsiyası ortaya qoyulmalıdır. Diasporanı quran adamlara da deyilməlidir ki, yolumuz budur. Bu yolla get. Təəssüflər olsun ki, bu hədəflər barədə optimist danışa bilməyəcəm. Çünki ictimai-siyasi fəaliyyətlə məşğul olan xadim kimi o hədəflərin nədən ibarət olmasını mən də bilmirəm”.

Birlik sədrinin fikrincə, diaspora siyasətini bir qrupun boynuna ölçmək Azərbaycanın öz unikal şansından bəhrələnmək imkanının üstünə qara daş salmaqdır: "Məhəmməd Əmin Rəsulzadənin qoyduğu inkişaf xətti aydın olmasa, bir firqənin boynuna biçilən ölçülərimiz məhvə məhkum olacaq. Diaspora siyasəti o qədər mükəmməl olmalıdır ki, yüz, min il bundan sonrakı Azərbaycan vətəndaşı da bundan bəhrələnsin. Diasporalarımız Avropa institutları, BMT Təhlükəsizlik Şurası, NATO, ABŞ və dünya siyasətini müəyyən edən mərkəzlərdəki tədbirlərə qatılmalıdır. Azərbaycanı tanıtmalıdırlar ki, onlar da Azərbaycanın haqq səsinə səs versinlər. Deyirlər, Azərbaycanın səsini dünyaya çatdıraq. Bu, şablon ifadələrdir. İlk növbədə Azərbaycanın haqq səsi nədir, onu demək lazımdır. Bunlara aydınlıq gətirmədən səsimizi dünyaya necə çatdıra bilərik? Ən böyük mexanizm dövlətdir. Dövlətin siyasəti aydın olanda diaspora pərakəndəlikdən çıxır. Dünya Azərbaycanlıları Konqresi və ayrı-ayrı yerlərdə diaspora təşkilatlarımız var. Bunlar biri-birinə alternativdirlər. Güney və Quzey Azərbaycanda olan qurumlar arasında sərin küləklər əsir. Çünki onların strateji hədəfləri yoxdur. Firqələr var. Solçular, sağçılar və mərkəzçilər mövcuddur. Onu da bir firqənin tabeçiliyinə gətirmək istədiyimiz üçün heç kim bir araya gəlmir. Milli strateji hədəfləri aydın olarsa, bütün firqələr bir mərkəzə gələrlər. Bu mərkəzi qurmaq M.Ə.Rəsulzadənin 130-cu ildönümü ərəfəsində ən ciddi strateji hədəf olaraq qəbul olunmalıdır. Bəzi ritorikalardan çıxaraq, gələcək hədəflərimiz və inkişafımız barədə düşünməliyik”.

Z.Məmmədli xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətini yetərli saymır: "Azərbaycan yaranmış şəraitdən istifadə edə bilmir. Anlamaq lazımdır ki, Azərbaycanın neft və kürüsünü tanıtmaqla kifayətlənmək olmaz. Azərbaycan insanı və onun intellekti tanınmalıdır. Dövlətçilik ənənəsi tanınmalıdır. Onun M.Ə.Rəsulzadəsi tanınmalıdır. "Biz daha elit və daha demokratik millətik” deməliyik. Cənubi Qafqazda demokratik göstəricilərinə görə Gürcüstan bizi önləyir. Gürcüstan dünyanın mütərəqqi hissəsinin dəstəyini qazanıb. Azərbaycan bu dəstəyi qazana bilmir. Baxın, indiki halda bədnam düşmənlərimizin də 100 ildən bəri həyata keçirmək istədiyi strateji hədəflər var. Bu hədəflər ondan ibarətdir ki, işğalçı rejim türk torpaqları hesabına böyük Ermənistan yaratmaq istəyir. Bütün ermənilər buna səfərbər olunub. Eyni hədəflər uğrunda mübarizə aparırlar. Bizdə isə konkret hədəf yoxdur”.

Həmsöhbətimiz düşünür ki, diaspora təşkilatlarımızın fəaliyyəti görüntüdən ibarətdir: "20 yanvar və Xocalını andıq. Bunlar yaxşı haldı. Bütün işlər qətliamları anmaqla bitmir. Milli fəaliyyət var. Beyin mərkəzləri bu barədə düşünməlidirlər. Sadəcə, təkzib veririk ki, yox, ermənilər yalan danışır. Ağrılarımızı deyirik ki, 1 milyondan çox qaçqınımız var. Şablon sözlərdir. Hesab edirəm ki, bu kimi işlərə son qoyub daha ciddi fəaliyyətlə məşğul olmaq lazımdır”.

Birlik sədri deyib ki, qonşu Gürcüstandakı soydaşlarımızla bağlı problemlər hələ də həll olunmamış qalırsa, deməli, Avropada və Amerikada daha ideal formada diaspora qurmaqdan danışa bilmərik: "Məlumdur ki, oradakı həmvətənlərimizin ciddi problemləri var. Məktəb və toponimlər ilə əlaqəli məsələlər çözülmür. Nəticədə uduzuruq”.

Z.Məmmədli bildirib ki, müstəqil Azərbaycan dövləti xalqımız üçün unikal şansdır: "Əvvəllər dövlətimiz yox idi. Deyirdik ki, xaricə çıxışımız məhduddur. İndi dövlət var. Beynəlxalq subyektlərin üzvüdür. Müxtəlif beynəlxalq qurumlarda təmsil olunur. Amma dövlət mexanizmləri o qədər mükəmməl olmalıdır ki, dünya azərbaycanlıları ondan bəhrələnsinlər. Diaspora təşkilatları milli strateji hədəflərin üzərində köklənməlidir. Strateji hədəflər aydın olmalıdır. Nəyi necə istəyirik, məlum olmalıdır. Milli inkişaf konsepsiyası ortaya qoyulmalıdır. Diasporanı quran adamlara da deyilməlidir ki, yolumuz budur. Bu yolla get. Təəssüflər olsun ki, bu hədəflər barədə optimist danışa bilməyəcəm. Çünki ictimai-siyasi fəaliyyətlə məşğul olan xadim kimi o hədəflərin nədən ibarət olmasını mən də bilmirəm”.

Birlik sədrinin fikrincə, diaspora siyasətini bir qrupun boynuna ölçmək Azərbaycanın öz unikal şansından bəhrələnmək imkanının üstünə qara daş salmaqdır: "Məhəmməd Əmin Rəsulzadənin

qoyduğu inkişaf xətti aydın olmasa, bir firqənin boynuna biçilən ölçülərimiz məhvə məhkum olacaq. Diaspora siyasəti o qədər mükəmməl olmalıdır ki, yüz, min il bundan sonrakı Azərbaycan vətəndaşı da bundan bəhrələnməlidir. Diasporalarımız Avropa institutları, BMT Təhlükəsizlik Şurası, NATO ABŞ və dünya siyasətini müəyyən edən mərkəzlərdəki tədbirlərə qatılmalıdır. Azərbaycanı tanıtmalıdırlar ki, onlar da Azərbaycanın haqq səsinə səs versinlər. Deyirlər, Azərbaycanın səsini dünyaya çatdıraq. Bu, şablon ifadələrdir. İlk növbədə, Azərbaycanın haqq səsi nədir, onu demək lazımdır. Bunlara aydınlıq gətirmədən səsimizi dünyaya necə çatdıra bilərik? Ən böyük mexanizm dövlətdir. Dövlətin siyasəti aydın olanda, diaspora pərakəndəlikdən çıxır. Dünya Azərbaycanlıları Konqresi və ayrı-ayrı yerlərdə diaspora təşkilatlarımız var. Bunlar biri-birinə alternativdirlər. Güney və Quzey Azərbaycanda olan qurumlar arasında sərin küləklər əsir. Çünki onların strateji hədəfləri yoxdur. Firqələr var. Solçular, sağçılar və mərkəzçilər mövcuddur. Onu da bir firqənin tabeçiliyinə gətirmək istədiyimiz üçün heç kim bir araya gəlmir. Milli strateji hədəfləri aydın olarsa, bütün firqələr bir mərkəzə gələrlər. Bu mərkəzi qurmaq M.Ə.Rəsulzadənin 130-cu ildönümü ərəfəsində ən ciddi strateji hədəf olaraq qəbul olunmalıdır. Bəzi ritorikalardan çıxaraq, gələcək hədəflərimiz və inkişafımız barədə düşünməliyik”.

Z.Məmmədli xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətini yetərli saymır: "Azərbaycan yaranmış şəraitdən istifadə edə bilmir. Anlamaq lazımdır ki, Azərbaycanın neft və kürüsünü tanıtmaqla kifayətlənmək olmaz. Azərbaycan insanı və onun intellekti tanınmalıdır. Dövlətçilik ənənəsi tanınmalıdır. Onun M.Ə.Rəsulzadəsi tanınmalıdır. "Biz daha elit və daha demokratik millətik” deməliyik. Cənubi Qafqazda demokratik göstəricilərinə görə, Gürcüstan bizi önləyir. Gürcüstan dünyanın mütərəqqi hissəsinin dəstəyini qazanıb. Azərbaycan bu dəstəyi qazana bilmir. Baxın, indiki halda bədnam düşmənlərimizin də 100 ildən bəri həyata keçirmək istədiyi strateji hədəflər var. Bu hədəflər ondan ibarətdir ki, işğalçı rejim türk torpaqları hesabına böyük Ermənistan yaratmaq istəyir. Bütün ermənilər buna səfərbər olunub. Eyni hədəflər uğrunda mübarizə aparırlar. Bizdə isə konkret hədəf yoxdur”.

Həmsöhbətimiz düşünür ki, diaspora təşkilatlarımızın fəaliyyəti görüntüdən ibarətdir: "20 Yanvar və Xocalını andıq. Bunlar yaxşı haldı. Bütün işlər qətliamları anmaqla bitmir. Milli fəaliyyət var. Beyin mərkəzləri bu barədə düşünməlidirlər. Sadəcə, təkzib veririk ki, yox, ermənilər yalan danışır. Ağrılarımız deyirik ki, 1 milyondan çox qaçqınımız var. Şablon sözlərdir. Hesab edirəm ki, daha ciddi fəaliyyətlə məşğul olmaq lazımdır”.

Birlik sədri deyib ki, qonşu Gürcüstandakı soydaşlarımızla bağlı problemlər hələ də həll olunmamış qalırsa, deməli, Avropada və Amerikada daha ideal formada diaspora qurmaqdan danışa bilmərik: "Məlumdur ki, oradakı həmvətənlərimizin ciddi problemləri var. Məktəb və toponimlər ilə əlaqəli məsələlər çözülmür. Nəticədə uduzuruq”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc qeyd edib ki, xarici ölkələrdəki azərbaycanlılar təşkilatlanma, bir araya gəlmə, strukturlaşma və fəaliyyətlərini koordinasiya etmək yönündə böyük mərhələni keçiblər. Müəyyən təcrübəyə yiyələniblər: "Sovetlər Birliyi dönəmində ölkəmizin belə imkanları mövcud deyildi. Ona görə də xaricdəki diaspor təşkilatlarımız müstəqilliyin son 10-12 illiyində mərkəzləşmiş, Azərbaycandan tənzimlənən və maliyyə əsasları ölkəmiz hesabına təmin olunan bir səviyyədə fəaliyyət göstərməkdədir. Dünyadakı diasporalarımız işlərini milli məfkurənin qorunub-saxlanılması, milli mənafeyimizin rəhbər tutulması, dövlətimiz adına baş verən hər hansı hadisələrə reaksiyalarının göstərilməsi səviyyədə aparmalıdır. Bu işin daha köklü əsasları bundan sonrakı dönəmdə qurulmalıdır”.

Diaspor təşkilatlarımızın hansı ölkədə daha güclü və zəif olmasına gəldikdə isə deputat vurğulayıb ki, bu cür qurumların lobbi mərkəzlərinə və güc halına gəlmələri istiqamətində ciddi fəaliyyət ortaya qoyulmalıdır: "İstər Rusiyada, istərsə də Ukraynadakı ictimai-siyasi proseslərdə həmişə diaspor mərkəzlərimizin mövqeyini axtarırıq. Çünki yeni gələn qüvvələrlə təşkilatlarımızın münasibətləri bu və ya digər formada dövlətimizin də maraqlarına toxunur. Rusiyada hər hansı bir hakimiyyət soydaşlarımızı sərt diskriminasiya altında saxlayırsa, ölkəmiz o hökumətə yaxşı münasibət sərgiləmir. Azərbaycan hökuməti dünya ölkələri ilə

həmvətənlərimizə verilən dəyər əsasında münasibət qurur. Bu baxımdan çox arzulayırıq ki, gələcəkdə dünya ölkələrinə səpələnmiş azərbaycanlıların hədəfi milli mənliyi qoruyub saxlamaq, doğma dilimizi itirməmək, dilimizin təminatı üçün məktəbləri bərqərar etmək olsun. Bundan başqa, dövlət idarəetmə orqanlarında təmsilçiliyə nail olmaq istiqamətində fəaliyyət sərgiləsinlər. Belə olan halda onların daha da qüvvətlənməsindən söhbət aça bilərik”.

Z.Orucun qənaətinə görə, azərbaycançılıq ideyasının dünyada təbliği ilə bağlı bütün güc və ağırlığı hökumətin üzərinə atmaq düzgün deyil: "Xaricdə yaşayan imkanlı, kifayət qədər böyük şəraitə malik həmyerlilərimizin təşkilatlanmada böyük rolu ola bilər. Onlar da müəyyən işlər görməlidir. Həmrəy olmalıdırlar. Dil, tarix, mədəniyyət və milli ənənələrimizin təbliğatına həvəslə qatılmalıdırlar. Bütün addımlar fundamental formada qurulmalıdır”.

Deputat hesab edir ki, xaricdə yaşayan soydaşlarımız üçün meydanlar genişdir: "Siyasi və ictimai tərəflər də çoxkomponentlidir. Bu zəmində onların uğurlu karyerası da olacaqdı. Mənafelərin birliyi formuluna gəlmək lazımdı. Amma vahid Azərbaycan şəklində birləşmək mümkün deyilsə, fərdi qaydada olaraq ölkənin milli maraqları üçün çalışmaq lazımdır. Obrazlı da olsa, söyləyirəm ki, hər kəs özü bir diaspora olmalıdır. Yetər ki, həmin şəxsin Azərbaycana bağlılığı və təəssübü olsun. Bu yöndə mütərəqqi addımlar atsın”.

Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin xarici ölkələrdə təbliğatının önəmindən danışan deputat bildirib ki, dünyada ən güclü silah mədəniyyətdir: "Ötən əsrin klassik müharibələri öz yerini mədəni, informativ və diplomatik savaşlara verib. Dövlət də bu yolda çox mühüm tədbirlər gerçəkləşdirir. Azərbaycanın mədəniyyət sahəsində baxışları, fəaliyyəti və gerçək irsini beynəlxalq aləmə çıxarmaq üçün müxtəlif qurumların çox aktiv fəaliyyəti var”.

Həmsöhbətimiz söyləyib ki, Sovet imperiyasının tərkibində olan müttəfiq respublikaların durumuna xarici cəmiyyətlərin baxışı qaneedici səviyyədə deyil: "Dünya insanını məqsədli informasiya işğalına məruz qoymaq olmaz. Çünki onların başqa yaşam tərzi var. Ölkədə beynəlxalq yarışlar keçirlirsə, Azərbaycan xarici informasiya vasitələrinə çıxmaq üçün müəyyən işləri reallaşdırırsa, bundan irəli gedib daha böyük layihələr gerçəkləşdirmək olar. Dünyada uğur gətirən müxtəlif layihələr mövcuddur. İqtisadiyyat, sənaye və mədəniyyət sahəsində ölkəmiz passiv deyil. Azərbaycan aparıcı sıralardadır”.

Z.Orucun fikrincə, gələcək çalışmalarımız ondan ibarət olmalıdır ki, yaşadığımız ölkələrin dövlət institutlarında təmsil olunaq: "İctimai aktivlik güclənməlidir. Xarici mediaya çıxışlarımız olmalıdır”.

Parlament üzvünün qənaətincə, indiki halda xaricdə diasporaların devizi ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı bir ordudur və ya bir döyüşçüdür: "Xaricdəki soydaşlarımız bir addım atmaqla, tədbir keçirtməklə və bir yerdə Azərbaycanın mövqeyini dəstəkləməklə ölkəmizə töhfə verə bilərlər”.

Z.Oruc onu da əlavə edib ki, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehrian Əliyeva azərbaycançılıq ideyasının dünyada təbliği ilə bağlı böyük layihələr həyata keçirib: "Ötən il Fransanın az qala bütün əyalətlərində Mehirban xanımın təşəbbüsü ilə Azərbaycan mədəniyyət günləri” adlı layihə təşkil olunmuşdu. Mehriban xanımın bu yöndə atdığı addımlara nəzər salsaq, masştablı bir işin şahidi olacağıq. Heydər Əliyev Fondu Azərbaycanın xarici siyasət idarəsi qədər önəmli addımlar atıb. Bəzən diplomatlarımızın edə bilmədikləri, humanitar sektorun baxışları ilə gündəmə gətirilib. Ona görə də YUNESKO və İSESKO səviyyəsində Azərbaycan tərəfdaş kimi qəbul olundu. Onlara birgə gerçəkləşən tədbirlər Azərbaycanın milli mənafeyi baxımından çox mühüm önəm kəsb edir”.

Millət vəkili qeyd edib ki, xaricdəki soydaşlarımız aktiv millətlər sırasındadırlar: "Lakin onların bəzən təşkilatlanmaya ehtiyacı yaranır. Bu kimi problemlər aradan qalxdıqdan sonra Azərbaycanın nailiyyətləri daha da çox olacaq. Dövlətin güclənməsi xaricdəki azərbaycanıları irəliyə aparacaq”.

Ayyət Əhməd