Metroda dəhşət: 14 yaşlı qız özünü qatarın altına atdı



 
 
Bu gün Bakı Metropoliteninin "Koroğlu” stansiyasında intihara cəhd edən qızın şəxsiyyəti məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilən yaralı 14 yaşlı Rzaxanova Fidan Arif qızıdır. Yeniyetmə qız başından ağır xəsarət alıb.
Onun intihar məqsədi ilə və ya bədbəxt hadisə nəticəsində relslərin üstünə düşməsi təhlükəsizlik və müşahidə kameralarına baxış keçirildikdən sonra müəyyənləşəcək.