35 amerikalı diplomat qovulur: Rusiya da ABŞ-a cavab verdi




ABŞ-ın 35 rus diplomatını "arzuolunmaz şəxs" elan etməsi Moskvanı hirsləndirdi. Kremlin də eyni sayda diplomatı sərhədxarici etməyə hazırlaşdığı bildirilir. "Arzuolunmaz şəxs" elan ediləcək diplomatların 31-i Moskva səfirliyindən, 4-ü Sankt Peterburqdakı konsulluqdan olacaq.

Obamanın öz xalqını alçaltdığını ifadə edən Rusiya Xarici İşlər Nazirliyinin spikeri Zaxarova, Facebook hesabından "Lakin bir rus atalar sözündə deyildiyi kimi, "Obamanı qamçılasanız nə olar ki…". Bu gün amerikalılar  nə terrorçular, nə də düşmənlər tərəfindən deyil, öz başçıları tərəfindən hörmətdən salınır. Bu dəfə Vaşinqtona yumruğu, öz əfəndisi atdı" deyə yazıb.


Rusiya xarici işlər naziri Sergey Lavrov, eyni sayda ABŞ-lı diplomatın sərhədxarici edilməsinin dövlət başçısı Putinə təklif edildiyini açıqladı. Lavrovun verdiyi məlumata görə, Putinə  verilən siyahıda ABŞ-ın Moskva səfirliyindən 31, Sankt Peterburq konsulluğundan isə 4 diplomat yer alıb.


Lavrov, "ABŞ rəhbərliyinin tutumu çox açıq. Çünki məskənlər, uşaqlar qış tətilində istirahət etsin deyə təsis edildi. ABŞ rəhbərliyinin şərhlərindən anladığım qədəriylə burada ənənəvi olaraq düşərgələr qurulur və məskənlər "casus yuvası" halına gəlmiş vəziyyətdədir. Əlbəttə bu tutumu cavabsız qoya bilmərik. Qarşılıqlı cavab, diplomatiyanın və beynəlxalq hüququn qaydasıdır" dedi.