Erməni spiker: Azərbaycan əsgəri itkin düşən limi bizə məlumat verdi,bu yaxşıdı

Azərbaycan naməlum şəraitdə Ermənistan tərəfinə keçən əsgərinin itkin düşdüyünü bilən kimi dərhal İrəvana məlumat verib.

Sherg.az. Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.

“Azərbaycan tərəfinin əsgərinin itkin düşdüyünü bilən kimi Ermənistan tərəfinə məlumat verməsi yaxşıdırmı? Bu yaxşıdır. Əgər sülh olmasaydı, bu baş verməzdi”, - spiker bildirib.

Qeyd edək ki, əsgər Nəsimi Musayevin saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.