400-dən çox hərbçi və 100-ə yaxın zirehli texnika: Ermənistandakı Rusiya hərbi bazasında təlimlərə start verildi





Ermənistanda yerləşən Rusiya hərbi bazasının "Alagöz” adlı yüksək dağ təlim tədris mərkəzində artilleriya batareyalarının komandirlərinin döyüş hazırlığı üzrə təlim xarakterli yarışlar keçirilir.
ANS PRESS-in məlumatına görə, yarışlarda artilleriya bölmələrinin 400-dən çox hərbçisi iştirak edir, təlimlərdə 100-ə yaxın zirehli texnika və xüsusi hərbi texnikalardan istifadə edilir. Təlimlərdə artilleriya silahlarının müxtəlif növlərindən istifadə edərək yüksək dağlıq ərazilərdə xüsusi tapşırıqların həyata keçirilməsi nəzərdə tutulub.

Birinci mərhələdə batalyon komandirləri taktiki hazırlıq üzrə avtomatdan, tapançadan və tank əlehinə əl qumbarlarından istifadə etmə qaydaları və fiziki hazırlıq üzrə imtahan verəcəklər. İkinci mərhələdə isə iştirakçılar hədəfdən yayınmamaq şərtilə yüksək dağlıq ərazilərdə artilleriya atışları həyata keçirəcəklər.