Bakıda zavod yanır. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Balaxanı Maşınqayırma Zavodunda yanğın başlayıb.
Hadisə yerinə Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb edilib.
Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.(15.55)
***
Bakıda zavodda baş verən yanğın söndürülüb.
APA-nın verdiyi məlumata görə, yanğın zavodun dam örtüyündə qeydə alınıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Hazıra yanğının baş vermə səbəbləri araşdırılır.