Ukraynda anti-terror əməliyyatı başlayıb: Atışmada hər iki tərəfdən tələfat var






Ukraynanın şərqində Slavyansk şəhərində xüsusi təyinatlı qüvvələr və Rusiya tərəfdarı militantlar arasında atışmada hər iki tərəfdən tələfat olduğu bildirilir.
Ukraynanın daxili işlər naziri Arsen Avakov təhlükəsizlik qüvvələrinin bir zabitinin öldürüldüyünü və beş nəfərin yaralandığını bildirib. Atışma zamanı Rusiya tərəfdarı bir fəalın öldüyü, iki nəfərinsə yaralandığı deyilir.
Bundan öncə Arsen Avakov təhlükəsizlik qüvvələrinin Rusiya tərəfdarı militantların hökumət binalarını zəbt etdiyi Slavyansk şəhərində anti-terror əməliyyatının başlandığını bildirib.
Arsen Avakov öz Facebook səhifəsində silahlı şəxslərin təhlükəsizlik qüvvələrinə atəş açdığı və hər iki tərəfdən ölənlərin olduğunu ilə bağlı açıqlama verib.
Slavyanskla yanaşı, Rusiya silahları ilə silahlanmış militantlar şənbə günü əhalisinin əksəriyyəti ruslardan ibarət olan Donetsk və Kramatorsk şəhərlərində hökumət binalarını ələ keçirib.