AST Telmandan Alla Puqaçovaya qiyməti bilinməyən hədiyyə - Foto







Azərbaycanlı oliqarx Telman İsmayılov məşhur rus estrada ulduzu Alla Puqaçovaya qiymətli üzük bağışlayıb.
Bu barədə Rusiyanın TVS kanalında məlumat yayılıb. Məlumata görə, üzük primadonanını 65 illik yubileyi münasibəti ilə hədiyyə olunub.
"Çariça üzüyü” adlanan bu üzük IVRAB şirkətində hazırlanıb və çəkisi 7 qramdır. Üzüyün üzərində 1 karata yaxın brilyant düzülüb. Məlumata görə, bu cür üzüklər eksklüziv olaraq hazırlanır.
Üzüyün AST Telmana neçəyə başa gəlməsi bilinmir./axar.az/