Beləsi olmamışdı: Təyyarədə istidən “partlayan” sərnişin hamını qorxutdu






Türkiyədə "Türk Hava Yolları”na (THY) aid, İstanbul – Moskva reysi ilə hərəkət etməli olan təyyarədə qeyri-adi hadisə baş verib. Təyarədə "istidən partladıq” deyən sərnişinin başına gəlməyən hadisə qalmayıb.
Məlumata görə, yerli vaxtla saat 16.35-də Moskvaya hərəkət etməli olan təyyarəyə minik başa çataraq qapılar bağlanıb. Türkiyəli sərnişinlərdən biri isti olduğunu deyərək təyyarə heyətindən kondisionerin işə salınmasını xahiş edib. Təyyarə əməkdaşı havaya qalxmadan bunun mümkün olmadığını deyib. Sərnişinin, "kondisioneri açın, partladıq” – sözü isə uçuşun dayandırılması ilə nəticələnib.

Qeyd edək ki, təyyarədə "partlama” sözü şübhəli kateqoriyasında olduğundan bu barədə kapitan pilota xəbər verilib. Pilot isə öz növbəsində təhlükəsizlik əməkdaşlarına bu barədə məlumat verib. Uçuş dayandırılıb və polislər həmin sərnişini saxlayıblar. Bundan sonra bütün sərnişinlər və onların baqajları təxliyə edilərək təyyarədə axtarış aparılıb, baqajlar isə bir daha "X-Ray” cihazından keçirilib.

Bununla da kifayətlənməyən rəsmilər sərnişinləri 1.5 saatlıq gecikmə ilə başqa təyyarəylə yola salıblar.

İstidən "partlayan” sərnişin isə ifadəsi alınmaq üçün "Atatürk” hava limanının polis bölməsinə aparılıb.